• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıya gələcək ABŞ rəsmisinə Azərbaycanın ŞƏRTİ  

CƏMİYYƏT

09 Sentyabr 2022 | 16:37

Bakıya gələcək ABŞ rəsmisinə Azərbaycanın ŞƏRTİ

“Azərbaycan hər hansı diplomatla Qarabağ mövzusunu müzakirə etmək istəmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker bölgəyə səfərinə Ermənistandan başlayıb:

“Amerikalı diplomat səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Ararat Mirzoyan Filip Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıyla yanaşı, Qarabağ mövzusunu da müzakirə edib. Məsələ burasındadır ki, dövlət katibi Entoni Blinken Filip Rikerin vəzifəsinə “ABŞ-ın Minsk Qrupundakı həmsədri” titulunu da əlavə edib. Azərbaycan nə bu titulu qəbul edir, nə də bu titul adı altında hər hansı diplomatla Qarabağ mövzsunu müzakirə etmək istəyir”.

“Belə olan halda Filip Rikeri Bakıda ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi titulunda qəbul edə bilər və onunla ancaq Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinin müzakirəsi mümkündür. Vaşinqton vasitəçilkdə Moskva və Brüsseldən aşkar geri qalır, ona görə Filip Rikeri bölgəyə göndərməklə “biz də varıq” deməyə çalışır” – deyə, Elxan Şahinoğlu bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026