Ukraynada işğaldan azad edilən İzyum şəhərində kütləvi məzarlıq tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, Xarkov vilayəti polisinin rəisi Vladimir Timoşenkonun BBC-yə bildirdiyinə görə, məzarda 400-dən çox cəsəd var. Timoşenko qeyd edib ki, cəsədlərin məzardan çıxarılmasına bu gün başlanılacaq.
Ukrayna prezidenti Volodimir Zelenski isə kütləvi məzarlıq haqqında danışarkən, “ruslar hara getsələr, arxalarında ölüm buraxırlar”, - deyib.
Zelenski vurğulayıb ki, bu cinayətlər cəzasız qalmamalıdır.
Xarkov vilayəti polis bölməsindən Sergey Bolvinov bildirib ki, ölümün səbəbini müəyyən etmək üçün bütün cəsədlər müayinə olunacaq. Onun sözlərinə görə, bəzi adamlar hava hücumları və artilleriya atəşi nəticəsində həlak olub.
Daha əvvəl Buça şəhərində də kütləvi məzarlıq aşkar edilmişdi. Səlahiyyətlilər bu məzarın işğaldan azad edilmiş şəhərlər içərisində ən böyük kütləvi məzarlıq olduğunu bildirib.
Rusiya mülki şəxslərin hədəf alındığını inkar edir.
Aytac Aslan
















