Gün ərzində rus hərbçiləri Ukrayna ərazisinə növbəti raket və hava zərbəsi endiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Rusiya işğalçıları Ukraynada S-300 hava hücumu müdafiə sistemindən, İran istehsalı 17 “Şahid” PUA-sından və bir idarəolunan raketindən istifadə edib", - məlumatda bildirilib.
Bildirilib ki, uğurlu döyüş fəaliyyəti nəticəsində 16 “Şahid” məhv edilib.
















