İŞİD qruplaşması Niger ordusunun kazarmalarına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, hücumu İŞİD-in Afrikadakı bölmələri həyata keçirib. Kazarma ölkənin paytaxtı Niameydən yüz kilometr aralıda yerləşir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
















