• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməcəyək

SİYASƏT

01 Noyabr 2024 | 11:43

2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməcəyək

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.

Seçki məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026