25 ölkənin BRİKS ittifaqına qoşulacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Rusiyadakı səfiri Mzuvukile Cef Maketuka TASS-a müsahibəsində bildirib.
Səfir bildirib ki, 2023-cü il avqustun 22-dən 24-dək Yohannesburqda keçirilən 15-ci sammit zamanı 6 ölkənin BRİKS üzvlüyünə namizədliyi irəli sürülüb və ümumilikdə 23 ölkədən 12-yə yaxın müraciətə baxılıb.
Maketuka qeyd edib ki, daha 11 ölkə taleyinin necə olacağını gözləyir.
Onun sözlərinə görə, Kazan Əlcəzair , Belarus və Pakistanın ittifaqa daxil olduğunu elan edə bilər: “Lakin qalan ölkələri hələ qəbul etmək mümkün olmayacaq. Çünki bu, tədricən baş verməlidir”.
Günəş Mərd






jpg-1711601761.webp)








