• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Türkiyədə jurnalistlər qəzaya düşdü: Ölən var

DÜNYA

28 Mart 2024 | 08:41

Türkiyədə jurnalistlər qəzaya düşdü: Ölən var

Türkiyədə bir jurnalistin ölümü, digərinin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az yerli mətbuata istinadls xəbər verir ki. hadisə Artvində baş verib. Belə ki, Artvin-Ərzurum yolunun 12-ci kilometrliyində “TRT News”un Artvin müxbiri Fatih Tüysüzün idarə etdiyi avtomobil yol kənarındakı nişana çırpılıb.

Qəzada sürücü və “Çoruh Postası” qəzetinin sahibi Tolqa Gül yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılsalar da, T.Gül müdaxilələrə baxmayaraq həyatını itirib.

Ağır yaralanan F.Tüysüzün müalicəsi xəstəxanada davam edir.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 Aprel 2024