• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

287 müəllim MİQ-dən ŞİKAYƏT VERİB

CƏMİYYƏT

30 Avqust 2024 | 10:47

287 müəllim MİQ-dən ŞİKAYƏT VERİB

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrindən narazı qalanların apellyasiya şikayətlərinə baxılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

MİQ-in müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatıb.

İnsan Resursları Mərkəzindən qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

MİQ-in müsahibə mərhələsində uğur qazanmayan 341 müəllimdən 287-si apellyasiyaya müraciət edib.

Xatırladaq ki, MİQ-in 14-22 avqust tarixlərində təşkil olunan müsahibə mərhələsində 4658 nəfər uğur qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026