“Azərbaycanda 5 il pensiyaya tez çıxmaq güzəşti 5 və daha çox uşağı olan analara verilir. Xüsusən gənc ailələrdə 5 və daha çox uşaq, mənə elə gəlir ki, çox nadir hadisədir”.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ona görə də təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin pensiyaya 5 il tez çıxmaq güzəştinin tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun”, - deputat bildirib.
Bakı 

jpg-1762332155.jpg)
