4 gün ərzində İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə Humanitar Məsələlərin Koordinasiya Ofisi (UNOCHA) məlumat yayıb.
Məlumata görə, bu dövr ərzində 170 fələstinli həlak olub, 390 nəfər isə yaralanıb.
Bildirilib ki, İsrail ordusunun ölümcül hücumları Fələstin ərazisinin cənub və mərkəzi bölgələrində, xüsusən Xan Yunis, Rəfah və Deyr əl-Bələdə baş verib ki, burada İsrail hava, quru və dəniz qüvvələri ilə mülki insanların evlərini və maşınlarını hədəf alıb.
Mina Mikayılova
















