• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı

CƏMİYYƏT

01 Dekabr 2021 | 10:53

42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, agentlik əməkdaşları Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi 42 məntəqə aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026