• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

6 kilometr yol üçün taksiyə 14 min verdi

DÜNYA

21 May 2023 | 17:28 | Müəllif: Subhan Mahmudov

6 kilometr yol üçün taksiyə 14 min verdi

Moskvada Türkiyədən gələn turist taksidən 40 dəqiqəlik istifadə üçün 14 min rubl ödəyib.

Bakıvaxtı.az bildirir ki, 26 yaşlı türkiyəli turist mərkəzdə dostları ilə gəzərkən otelə getməyə qərar verib. Şirkət proqramlardan istifadə etməmək qərarına gəlib və Nikolskaya küçəsində taksi sürücülərinə yaxınlaşıb. Sürücülərdən biri səfərin qiymətini açıqlamasa da, sifarişi qəbul etməyə razılaşıb.

Nikolskaya küçəsindən Belorusskaya metro stansiyasına (təxminən 6 km) taksi ilə getmək 40 dəqiqə çəkib. Səfərin sonunda sürücü Çetin adlı turistə 14,3 min rublluq (təxminən 295 manat) çek uzadıb. Turist valyuta məzənnələrində çaşıb və bütün məbləği taksi sürücüsünə verib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026