• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

616 azyaşlı dilənçilik və qeyri-qanuni qulluğa cəlb olunub

CƏMİYYƏT

16 May 2025 | 11:21

616 azyaşlı dilənçilik və qeyri-qanuni qulluğa cəlb olunub

Ötən il dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik etmiş 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.

Eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material göndərilib.


SON XƏBƏRLƏR