• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“9 il “McDonalds”a görə milliyə çağırılmadım” - Qara Qarayevə məsləhət

İDMAN

20 Sentyabr 2022 | 13:21

“9 il “McDonalds”a görə milliyə çağırılmadım” - Qara Qarayevə məsləhət

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov yığmanın heyətinə dəvət almayan Qara Qarayevlə bağlı fikir bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, feysbuk hesabında bunu yazıb: 

“9 il “McDonalds”a görə milliyə dəvət almadım. Qara, yeyib-içməyinə fikir ver”. 

Qeyd edək ki, İlqar Qurbanov Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi olduğu dönəmdə “McDonalds”da yemək yediyi üçün sonradan heç zaman yığmaya çağırılmamışdı. Həmin vaxt milliyə zədəli gedən futbolçu Foqts tərəfindən həmin vəziyyətdə məşqlərə çıxarılmışdı. 

Xatırladaq ki, Qara Qarayev Azərbaycan yığmasının Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətinə dəvət almayıb. Buna səbəb isə Qara Qarayev və Canni De Byazi arasından bundan öncəki oyunlarda baş verən gərginlikdir. Qarayev matçlarda az oynaması ilə bağlı baş məşqçiyə irad bildirib və nəticədə onların arasında mübahisə yaşanıb. 


“9 il “McDonalds”a görə milliyə çağırılmadım” - Qara Qarayevə məsləhət
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026