• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AAYDA-da xüsusi qərargah yaradılıb

CƏMİYYƏT

02 Dekabr 2025 | 12:10

AAYDA-da xüsusi qərargah yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yollarının, körpülərin, yol qurğularının, tabeli MMC-lərin istehsalat bazalarının və idarə binalarının 2025–2026-cı illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün xüsusi qərargah yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov xüsusi əmr imzalayıb.

Həmin əmrlə tabeli MMC-lərin xidmət göstərdikləri avtomobil yollarında payız-qış mövsümünə hazırlıq, o cümlədən Bakı şəhərinin prospekt və küçələrinin qardan və buzdan təmizlənməsi üzrə Tədbirlər Planı təsdiq edilib.

Əmrə uyğun olaraq görülən işlərin icrası və qış mövsümünə hazırlığın gedişi keçirilmiş müşavirədə müzakirə olunub.

Müşavirə zamanı qış aylarında yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün həyata keçirilən hazırlıq tədbirləri barədə məlumat verilib, məsul şəxslərlə mövcud vəziyyət ətraflı qiymətləndirilib.

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026