Avropa Birliyi (AB) İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı sanksiyaları genişləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası məlumat yayıb.
“Suriyada Əl-Qaidə ilə əlaqəsi olan “Hurasəddin” təşkilatı və onun rəhbərləri Faruq Əl-Suri və Sami Əl-Aridi sanksiyalar siyahısına daxil edilib. “Hurasəddin” təşkilatı xaricdə terror əməliyyatları həyata keçirir, Suriyadakı düşərgələrdə şəxsi heyətə terror təlimi verir. Həmçinin, xeyli sayda Avropa ölkəsi vətəndaşı da bu təşkilata qatılıb. Adıçəkilən təşkilat və liderləri həm AB-yə, həm də beynəlxalq və regional sabitliyə təhlükə yaradır”, - məlumatda bildirilib.
















