q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

ABŞ 300-ə yaxın incəsənət əsərini Hindistana qaytaracaq

MƏDƏNİYYƏT

23 Sentyabr 2024 | 21:57

ABŞ 300-ə yaxın incəsənət əsərini Hindistana qaytaracaq

ABŞ Hindistan ərazisindən oğurlanmış və ya qeyri-qanuni yolla çıxarılmış 300-ə yaxın sənət əsərini Hindistana qaytaracaq.

Bakıvaxtı.az bildirir ki, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

"Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfəri ilə əlaqədar ABŞ tərəfi Hindistandan oğurlanmış və ya çıxarılmış 297 qədim əşyanın geri qaytarılmasına şərait yaradıb. Onlar tezliklə Hindistana qaytarılacaq", - məlumatda deyilir.

Bildirilib ki, incəsənət obyektlərinin qaytarılması 2023-cü ilin iyununda ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Modi arasında keçirilən görüşdən sonra birgə bəyanatda əks olunan öhdəliklərə uyğun olaraq baş tutacaq./oxu.az


SON XƏBƏRLƏR

13 May 2026