• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xalq artisti Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi

MƏDƏNİYYƏT

21 Oktyabr 2024 | 11:58

Xalq artisti Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Modern.az-a məlumat verib. Xalq Artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini bildirib.

"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər" - deyə Mənsum İbrahimov bildirib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR