• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ABŞ 40 şirkətə sanksiya tətbiq edib

DÜNYA

31 Oktyabr 2024 | 10:58 | Müəllif: Gülşən Şərif

ABŞ 40 şirkətə sanksiya tətbiq edib

ABŞ Türkiyədə yerləşən şirkətlər də daxil olmaqla, 40 şirkəti sanksiya siyahısına əlavə edib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Ticarət Departamenti açıqlama yayıb.

Bildirilib ki, ABŞ Rusiyanın Ukraynadakı müharibəsinə qarşı təzyiqlərini davam etdirmək üçün rus ordusuna dəstək verdiyi iddia edilən bəzi şirkətləri sanksiya siyahısına əlavə edib. 

ABŞ-nin yeni ticarət məhdudiyyətləri siyahısına Rusiya və Çin başda olmaqla, müxtəlif ölkələrdəki 40 şirkət və tədqiqat qurumu əlavə edilib.

Bu təşkilatlardan 13-ü Rusiyada, 11-i Çində olduğu halda, digər təşkilatlar Hindistan, Malayziya, Rusiya, Sinqapur və Türkiyədə yerləşir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR