• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ-a məxsus F-35 qırıcısı qəzaya uğradı

DÜNYA

25 Yanvar 2022 | 18:53 | Müəllif: Subhan Mahmudov

ABŞ-a məxsus F-35 qırıcısı qəzaya uğradı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35C qırıcısı Cənubi Çin dənizində qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın Sakit Okean bölgəsinə cavabdeh olan 7-ci Donanmasından verilən məlumata görə, Cənubi Çin dənizində keçirilən təlim çərçivəsində "Carl Vinson" aviadaşıyıcısında yerləşdirilən F-35C döyüş təyyarəsi gəmiyə enərkən dənizə düşüb.

Pilotun katapult edərək sağ qaldığı bildirilir. Qəza nəticəsində 7 dənizçi yaralanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.(modern)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026