• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ bu ölkələrə yadımı dayandıracaq

DÜNYA

30 Sentyabr 2022 | 11:01

ABŞ bu ölkələrə yadımı dayandıracaq

Qərb təcili olaraq Ukraynanın yeni ərazilərinin ilhaqı ilə bağlı cavab tədbirləri hazırlayır.

Bakıvaxtı.az  UNİAN-a istinadən xəbər verir ki, ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem bununla bağlı qanun layihəsini Senata təqdim ediblər.

Layihədə Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyan ölkələrə veriləcək adekvat cavab tədbirləri əksini tapıb. Həmin dövlətlərlə bütün hərbi və iqtisadi yardımların dayandırılmasını nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də xalqa müraciətində Donetsk, Luqansk, Zaporojye kimi işğal olunmuş ərazilərdə “referendumun” keçiriləcəyini demişdi. Sentyabrın 23-27-də həmin ərazilərdə “səsvermə” təşkil olunub.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026