ABŞ-ın Alabama ştatında magistral yolun 222-ci kilometrliyində baş verən şiddətli fırtına səbəbindən zəncirvari yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 9-u uşaq olmaqla 10 nəfər ölüb. Qəzadan sonra avtomobillərdən biri yanmağa başlayıb. Hadisə yerinə xilasedici qüvvələr cəlb olunub.















