ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində silahlı insident olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yerli hakimiyyət baş verən atışmada biri polis əməkdaşı olmaqla azı 5 nəfərin həlak olduğunu bildirib.
Hadisə zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı qeyd edilir.
Atışmanın səbəbi hələ məlum deyil.
Yerli polis atışmada şübhəli bilinən şəxsin saxlanıldığını bildirsə də, onun adı hələ açıqlanmır.
















