ABŞ-da ofisiantın diqqəti sayəsində polisə şikayət edilən şəxs ögey övladına qarşı zorakılıq etməkdə təqsirli bilinib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Floridada bir restoranda baş verib. “Mrs.Potato” adlı restoranda ofisiant işləyən Laviane Carvalho cütlüyün yanında yemək yeyən uşağa sifariş verilmədiyini, uşağın qollarında və üzündə qançırlar olduğunu görüb. "Köməyə ehtiyacın varmı?" yazılan kağızı gizlicə uşağa verən ofisiant, ondan baş hərəkəti “hə” cavabı alandan sonra 911-ə zəng edərək polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşları 36 yaşlı Timothy Lee Wilsonu nəzarətə götürüb.
"Mən çox narahat idim və nə edəcəyimi bilmirdim. Oğlanda göyərmələr var idi və yemək yemirdi", - ofisiant Karvalyo deyib.
Araşdırmalar çərçivəsində uşağın ögey atası tərəfindən işgəncələrə məruz qaldığı və zorakılığa məruz qaldığı məlum olub.
"Karvalyo restorandakı vəziyyətə müdaxilə etməsəydi, bu gün cinayət araşdırmasından danışacaqdıq", - deyə Orlando polis rəisi Orlando Rolon vurğuıayıb.
Aytac Aslan


















