• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-dan Rusiyaya növbəti XƏBƏRDARLIQ

DÜNYA

12 Yanvar 2022 | 10:09

ABŞ-dan Rusiyaya növbəti XƏBƏRDARLIQ

“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib.

O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən 2 ay yarımdır ki, bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”, - o deyib.

Qeyd edək ki, Viktoria Nuland dünən NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026