• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hava limanı təxliyə edildi - Rusiyada partlayış təhlükəsi

DÜNYA

10 Fevral 2022 | 23:47 | Müəllif: Qalib İbrahimoğlu

Hava limanı təxliyə edildi - Rusiyada partlayış təhlükəsi

Rusiyanın Murmansk hava limanı partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS"a hava limanının mətbuat xidmətindən bildiriblər. Məlumata görə, təxliyyə fövqəladə vəziyyət (partlayış təhlükəsi) ilə əlaqədar saat 18:58-də həyata keçirilib. Hava limanına təcili xidmətlər cəlb edilib.

Mətbuat xidmətindən bildirilib ki, iki aviareys təxirə salınıb.

"Aeroportun binasının girişində sərnişində hava yolu ilə daşınması qadağan edilmiş şübhəli əşya (partlayıcı qurğunun mulyajı) aşkar edilib. Hava limanı təxliyə edilib, hadisə yerinə təcili xidmətlər cəlb olunub. Hazırda aeroport fəaliyyətini bərpa edib", - deyə hava limanının məlumatında qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR