Kaliforniyada məhkəmə binasında partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, CNN-in məlumatına görə səlahiyyətlilər partlayışdan sonra verdikləri açıqlamada“qanunsuz odlu silah gəzdirməkdə ittiham olunan 20 yaşlı Nathaniel Makkuirin özü ilə gətirdiyi çantanı məhkəmə binasının girişindəki keçid məntəqəsinə atdığını bildirib.
Açıqlamada içərisində partlayıcı maddə olan çantanın partlaması nəticəsində ədliyyə dəhlizində olan 6 nəfərin yaralandığı diqqətə çatdırılıb.
Federal Təhqiqat Bürosunun (FTB) xüsusi agenti Ted Doks verdiyi açıqlamada araşdırmaya başladıqlarını və müvafiq qrupların hadisə yerinə gəldiyini bildirib.
Əli Hüseynov
















