• Bakı 19° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

ABŞ husilərin silah anbarlarına zərbə endirdi

DÜNYA

05 May 2025 | 09:16

ABŞ husilərin silah anbarlarına zərbə endirdi

ABŞ Silahlı Qüvvələri “Ənsar Allah” hərəkatından olan husilərin nəzarətində olan Sənada yerləşən obyektlərə bir sıra zərbələr endiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, ABŞ Sənanın cənubunda yerləşən Əs-Savad rayonunda husilərin silah saxlamaq üçün istifadə etdikləri anbarlara azı üç hava zərbəsi endirib.

Xatırladaq ki, martın 15-də ABŞ qüvvələri Prezident Donald Trampın əmri ilə Yəmən ərazisinin təxminən üçdə birini nəzarətdə saxlayan husilərin obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı əməliyyatın Amerika maraqlarının qorunmasına və gəmiçilik azadlığının təmin edilməsinə yönəldiyini bildirib. Cavab olaraq, “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimal hissəsində “Harry Truman” aviadaşıyıcısına bir sıra hücumlar həyata keçirib.


SON XƏBƏRLƏR

04 May 2025