• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ İsrailə dəstək üçün 26 milyard ayıracaq

DÜNYA

17 Aprel 2024 | 23:07 | Müəllif: Subhan Mahmudov

ABŞ İsrailə dəstək üçün 26 milyard ayıracaq

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ABŞ büdcəsindən İsrailə dəstək üçün 26,38 milyard dolların ayrılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı qanun layihəsində öz əksini tapıb.

Bu məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə “Dəmir Günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.

Bundan əlavə, silahların alınmasına 3,5 milyard dollar, ABŞ-ın regiondakı cari hərbi əməliyyatlarına isə 2,4 milyard dollar xərclənəcəyi gözlənilir. Həmçinin, 1,2 milyard dollar “Iron Beam” hava hücumundan müdafiə sisteminə xərclənəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026