• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ İsrailə hərbi yardım göndərir

DÜNYA

10 Oktyabr 2023 | 10:26

ABŞ İsrailə hərbi yardım göndərir

ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb və yaxın günlərdə əlavə vəsaitlərin ayrılacağını elan edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlayıb. 

Onun sözlərinə görə, əlavə təhlükəsizlik sistemlərinin ilk partiyası artıq İsrail istiqamətində yoldadır: “Yaxın günlərdə yeni yardımı elan edəcəyik”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, nazir Lloyd Austin HƏMAS qruplaşmasının  başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan donanma göndərməklə bağlı əmr verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026