ABŞ-də kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barel təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.
Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % ucuzlaşaraq 76,02 dollar/barelə, WTI markalı neftin mart fyuçerslərinin dəyəri isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barelə bərabər olub.





jpg-1741957253.webp)




jpg-1741952326.webp)


png-1741939969.webp)


