• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada lövbər salıb

DÜNYA

23 Sentyabr 2024 | 13:42 | Müəllif: Əli Hüseynov

ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada lövbər salıb

Şimali Koreya ilə sərhədyanı gərginliyin davam etdiyi bir vaxtda ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada lövbər salıb.

Bakıvaxtı.az "Yonhap"a istinadla xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, ABŞ-ın Virciniya sinifli nüvə sualtı qayığı "USS Vermont"un (SSN-792) təchizatını artırmaq üçün paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə çatdığı bildirilib. 

Açıqlamada Cənubi Koreyada ilk liman səfərini edən 7800 tonluq USS Vermont (SSN-792) gəmisinin Pusana çatmadan əvvəl bölgədə əməliyyatlar həyata keçirdiyi bildirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026