İranda müharibənin başlanmasından sonra qiymətlərin sürətlə artması fonunda Birləşmiş Ştatlar gəmilərdə saxlanılan Rusiya neftinin satışına müvəqqəti icazə verib.
Bakıvaxtı.az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin rəsmisi Skot Besent açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-da yanacaq qiymətləri ilə bağlı narahatlıq artdığı üçün gəmilərdə yüklənmiş Rusiya xam nefti və neft məhsullarının 11 aprelə qədər satışına icazə verən xüsusi lisenziya verilib.
Besent bildirib ki, bu qərar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müvəqqəti yumşaldılması demək olsa da, qısamüddətli xarakter daşıyır və Rusiya hökumətinə ciddi maliyyə faydası gətirməyəcək.
Qeyd edilir ki, Yaxın Şərqdə müharibə enerji və nəqliyyat sektorlarında ciddi pozuntular yaradıb, dünya neft tədarükünün böyük hissəsinin keçdiyi Hörmüz Boğazı faktiki olaraq iflic vəziyyətinə düşüb.
Aydın Baxış
Bakı 




