Serbiya qırıcı təyyarələrinə quraşdırılmış Çin istehsalı səsdən sürətli kruiz raketlərinə sahib olduğunu rəsmən etiraf edib.
Bakıvaxtı.az "Le Monde" nəşrinə istinadla xəbər verir ki, bu barədə Aleksandar Vuçiç raketlərin görüntüləri internetdə yayıldıqdan sonra açıqlama verib.
Məlumata görə, Serbiya lideri Avropa İttifaqını Rusiyanın mümkün müdaxiləsinə qarşı ayıq olmağa çağıraraq qeyd edib:
“Macarıstan və Serbiya bu strategiyanı sınaqdan keçirəcək”.
Vuçiç Serbiya milli televiziyasına müsahibəsində bildirib ki, ölkənin nümayiş etdirilməmiş çoxlu sayda silahı var və bu arsenal daha da genişlənəcək. O, əlavə təfərrüat verməsə də, yeni silahların “çox bahalı və çox təsirli” olduğunu vurğulayıb.
Mütəxəssislər hesab edir ki, söhbət Çinin “YJ-12” raketinin ixrac versiyasından gedə bilər və bu raket hipersəs sürətinə yaxın qabiliyyətə malikdir.
Vuçiç bildirib ki, Serbiya NATO üzvü olmasa da, təşkilatla yaxşı münasibətləri qorumağa çalışır:
“Etdiyimiz hər şey ölkəmizin müdafiəsinə yönəlib”.
Aydın Baxış
Bakı 




