• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ səfiri niyə bir dəfə də olsun bu barədə danışmayıb? - QAİ

SİYASƏT

11 Aprel 2024 | 19:38 | Müəllif: Subhan Mahmudov

ABŞ səfiri niyə bir dəfə də olsun bu barədə danışmayıb? - QAİ

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, İcmanın açıqlamasında bildirilir:

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib.Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?"

Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq", - açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026