ABŞ və Filippin birgə hərbi təlimlər keçirəcək və bu, Çinlə gərginlik riskini artıracaq .
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, birgə təlim Çinin “gərginliyin arta biləcəyi” xəbərdarlığına baxmayaraq, mübahisəli Cənubi Çin dənizi və Tayvana yaxın Filippinin bir neçə məntəqəsində keçiriləcək və aprelin 22-dən mayın 10-dək baş tutacaq.
Qarşıdan gələn təlim manevrləri zamanı ABŞ və Filippin qoşunları ABŞ-Filippin təlimləri tarixində ilk dəfə olaraq Cənub-Şərqi Asiya ölkəsinin ərazi sularından kənara çıxacaq.
Bildirilib ki, ərazi sularından kənara çıxmaq planları Çin materikinə zərbə endirmək niyyətinin çox aydın olduğunu sübut edib.
Mina Mikayılova






jpg-1716356737.webp)


jpg-1716354308.webp)






