• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ və Yaponiya birgə təlimlərə BAŞLAYIR

DÜNYA

14 Fevral 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

ABŞ və Yaponiya birgə təlimlərə BAŞLAYIR

Yaponiyanın Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri fevralın 24-dən 27-dək raket və hava hücumundan müdafiə üzrə birgə təlimlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026