• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Abşeronda tank əleyhinə minalar tapıldı

GÜNDƏM

28 Mart 2021 | 17:43

Abşeronda tank əleyhinə minalar tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-nin rəsmi saytına istinadən bildirir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026