• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq" - XİN

SİYASƏT

14 Mart 2022 | 09:53

"Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq" - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində "parlament seçkiləri" ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, XİN-in açıqlamasında qeyd olunub:

"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026