• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

AFFA 4 komandaya texniki məğlubiyyət verdi

İDMAN

07 Mart 2024 | 17:18

AFFA 4 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.

U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.

U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.

Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026