• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

AFFA bu klubları CƏZALANDIRDI

İDMAN

05 Sentyabr 2024 | 13:00

AFFA bu klubları CƏZALANDIRDI

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Guba” və "Sheki City” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki kollektiv I turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.

Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.

Qeyd edək ki, “Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026