• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AFFA-nı idarə edəcək şəxs bəlli oldu

İDMAN

20 Aprel 2022 | 17:45

AFFA-nı idarə edəcək şəxs bəlli oldu

AFFA-nın idarəetməsi əvvəlki sistemə qayıdacaq.

Bakıvaxtı.az Apasport-a istinadən xəbər verir ki, buna səbəb FİFA-da vəzifə alan Elxan Məmmədovun icraçı vitse-prezident vəzifəsini tərk etməsidir.

O, qurumdakı fəaliyyətini vitse-prezident kimi davam etdirəcək. Assosiasiyada bu vəzifəni tutanların sayı 4-ə çatacaq. Məmmədov AFFA-da Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov kimi çalışacaq.

İcraçı vitse-prezident vəzifəsi ləğv ediləcəyindən AFFA-nın idarəçiliyi yenidən baş katibə veriləcək. Qurumun idarəetmə sisteminə Sərxan Hacıyev rəhbərlik edəcək.

Qeyd edək ki, 2007-ci ildən AFFA-nın baş katibi olan Məmmədov 2020-ci ildən icraçı vitse-prezident kimi çalışıb. O, mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR