• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

AFFA-nın Hesabat Konfransının vaxtı bəlli oldu

İDMAN

20 Fevral 2023 | 10:21

AFFA-nın Hesabat Konfransının vaxtı bəlli oldu

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.

Bakıvaxtı.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi

- Konfransın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

- Maliyyə hesabatlarının təsdiq olunması;

- Müstəqil auditorun hesabatını nəzərə almaq;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026