• Bakı C

    14.6 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

İDMAN

21 Mart 2023 | 16:43

Avstriya - Azərbaycan oyununun hakimləri açıqlandı

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, oyun Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


SON XƏBƏRLƏR

24 Dekabr 2025