• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Neftçi" kubokun ilk matçında məğlub oldu

İDMAN

19 Aprel 2023 | 19:22 | Müəllif: Subhan Mahmudov

"Neftçi" kubokun ilk matçında məğlub oldu

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir qarşılaşması baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib.

Elə də baxımlı alınmayan qarşılaşmada meydan sahibləri 1-0 hesabı ilə qalib gəliblər. Görüşdə yeganə qola 74-cü dəqiqədə moldovalı müdafiəçi Denis Marandiçi imza atıb.

Komandalar arasında cavab matçı aprelin 26-da keçiriləcək.

Qeyd edək ki, ötən gün yarımfinalın ilk matçında “Qəbələ” öz meydanında “Səbail”i 3:2 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026