• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Milli komandaların final oyununda KÜTLƏVİ DAVA

İDMAN

18 May 2023 | 20:52 | Müəllif: Subhan Mahmudov

Milli komandaların final oyununda KÜTLƏVİ DAVA

22 yaşadək futbolçulardan ibarət milli komandaların oyununda kütləvi dava olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya - Tailand görüşündə baş verib.

90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.

İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə göstərib.

Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR