• Bakı 25° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8254

    RUB - 0.0212

İdmançılarımız Ermənistana gedəcək? - RƏSMİ

İDMAN

20 Mart 2023 | 14:16

İdmançılarımız Ermənistana gedəcək? - RƏSMİ

Azərbaycan Ağır Atletika Federasiyası idmançılarımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan Bakıvaxtı.az-a bildirilib ki, komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan idmançılarının da yarışda iştirak edəcəyini bildirmişdi.


SON XƏBƏRLƏR

29 May 2023