• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA-nın Konfransının vaxtı müəyyənləşdi

İDMAN

24 Yanvar 2022 | 13:09

AFFA-nın Konfransının vaxtı müəyyənləşdi

AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Fevralın 2-də AFFA-nın növbəti Konfransı, dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbir “Baku Marriott Hotel Boulevard” oteldə təşkil olunacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyi də dəqiqləşib. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatı, maliyyə hesabatlarının təsdiqlənəcəyi tədbirdə müstəqil auditorun hesabatı nəzərə alınacaq. Konfransın gündəliyində hər hansı vakant vəzifəyə seçkilər, təkliflərin qəbulu və digər məsələlər də var.

Qeyd edək ki, Konfransa giriş dəvətnamə ilə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026