• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA-nın liqalarında mövsümün püşkü atılıb

İDMAN

20 Avqust 2024 | 15:47

AFFA-nın liqalarında mövsümün püşkü atılıb

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Bakıvaxtı.az milli assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək.

Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüblər. Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar.

AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqasında 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026