• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır" - Xidmət rəsmisi

CƏMİYYƏT

20 Sentyabr 2021 | 14:41

"Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır" - Xidmət rəsmisi

"Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb".

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 2 ağacın kəsildiyi, 3 ağacın isə düzgün budanmadığı müəyyən edilib:

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.


"Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır" - Xidmət rəsmisi"Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır" - Xidmət rəsmisi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026